SpektrMed “heç bir şərt irəli sürmədən müştəri məmnuniyyəti” və  “əlaqələrdə 100% inam” prinsiplərini əsas götürmüş; davamlı inkişaf, keyfiyyət, komanda işi, sosial məsuliyyət, peşəkar idarəetmə anlayışı, texnoloji inkişafla ayaqlaşmaq və paylaşmağı əsas götürən anlayışla sektorunda lider firma olmaq prinsipini qəbul etmişdir.

Əsas məqsədlərimiz özünün əsas vəzifələrini yerinə yetirmək, yenilikçi texnologiya və məhsullarını müştərilərinə təqdim etmək, məhsulun müxtəlifliyini və xidmət keyfiyyətini artırmaq, güclü marka və şirkət mövqeyini qoruyub saxlamaqdır.

Bu məqsədlərə nail olmaq üçün:

  • “Keyfiyyət İdarəetmə Sistemi”nin səmərəliliyinin və davamlı inkişafının təmin edilməsi;
  • Milli və beynəlxalq standartlara riayət etmək və yenilikləri araşdırmaq;
  • Xidmətin keyfiyyətinin pozulmaması, səmərəliliyinin və rəqabət qabiliyyətliliyinin artırılması;
  • Müştərilərimizin və əməkdaşlarımızın razılığını təmin etmək;
  • Təchizatçılarımızla əməkdaşlıq etmək

bizim əsas vəzifələrimizdir.

Firmamıza ən yaxşı kadr və yetkin insan gücünü cəlb etmək və işləmək, insanlarımızın istedadlarından, gücü və yaradıcılığından maksimum fayda təmin etmək;

Onların məhsuldarlığını artırmaq, işdə əməkdaşlıq və həmrəylik mühitinin yaradılması təşkilatımızın davamlılığını təmin etmək üçün seçdiyimiz əsas yoldur.

SpektrMed təcrübəli kadr heyəti ilə aşağıdakı prinsipləri hədəf seçib:

  • Daxili və xarici bazarlarda beynəlxalq standartlara uyğun məhsulları təqdim etmək;
  • Davamlı və balanslaşdırılmış böyümə;
  • Müştərilərimizin məmnuniyyətini və sektordan gözləntilərini qarşılayarkən ətraf mühitə və cəmiyyətə hörmətlə yanaşmaq;
  • Qabaqcıl texnologiyaya malik məhsullarımızı xüsusi təlim keçmiş kadrlarımızla və mükəmməl xidmət keyfiyyəti ilə bütün qurumlara təklif etmək;
  • Ümumdünya biznes etik normalarına uyğun olaraq sektorda lider olmaq.

Xidmətimizə ehtiyacınız var?

Tibbi laboratoriyaların qurulması, təşkili və təchizatı

Close